Qax rayonunda yük maşını yandı

Qax rayonunda yük maşını yandı
Bütün Xəbərlər
20:00 04.06.2014
590
Qax rayonunda “KamAZ” markalı yük maşını yanıb. 
Hadisə bu gün axşam saatlarında Qax-Şəki yolunun 4-cü kilometrliyində, Kürmük çayı üzərindəki körpünün üstündə qeydə alınıb. 45 yaşlı Zaqatala rayon sakini Mehdiyev Bəkir Cəmaləddin oğlu idarə etdiyi 62-BC-906 dövlət nömrə nişanlı, "KamAZ" markalı avtomobillə Qax istiqamətində hərəkətdə olarkən, anidən avtomobilin kabinə hissəsinin alışdığını görüb və dərhal maşını saxlayaraq avtomobildən yerə düşüb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və 15 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının böyüməsinin qarşısı alınıb.
Yük maşınının kabinə hissəsi tamamilə yanaraq yararsız vəziyyətə düşüb. Xəsarət alan olmayıb. Yanğının baş verdiyi Qax-Şəki yolunda qısa müddətli tıxac yaranıb.
Sürücünün sözlərinə görə yanğın maşının alt hissəsindən başlayıb və bir anda kabinəni bürüyüb. Faktla bağlı FHN-in Qax rayon DYMH-də araşdırma aparılır.///Apa
OXŞAR XƏBƏRLƏR