Qaxda 16 yaşlı qız bıçaqlandı

Qaxda 16 yaşlı qız bıçaqlandı
SOSİAL
22:31 11.08.2019
8220
Qax rayonunda bıçaqlanma hadisəsi baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında rayonun Zəyəm kənd sakini, 2003-cü il təvəllüdlü Aysun Mahir qızı Muradlı qarın boşluğunda iki bıçaq yarası xəsarəti ilə Qax rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Tibb müəssisəsindən verilən məlumatda bildirilir ki, A.Muradlı xəstəxananın Cərrahiyyə şöbəsinə yerləşdirilib, hazırda müayinə olunur.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR