AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbərinə görə, sosial şəbəkələrdə motosiklet sürücüsünün xuliqanlıq hərəkətləri etməsinə dair görüntülərdən məlum olur ki, həmin sürücü Bakı şəhəri ərazisində nəqliyyat vasitəsini uzun müddət əks hərəkət zolağı istiqamətində idarə edir və digər hərəkət iştirakçılarına, eləcə də öz həyatına ciddi təhlükə yaradır.
O, bildirib ki, sürücünün törətdiyi bu əməl ən yaxşı halda sürücülük hüququnun müəyyən müddətlik məhdudlaşdırılmması ilə nəticələnə bilər.
Bakı Şəhər DYP İdarəsindən sorğumuza cavab olaraq bildirildi ki, görüntülərlə bağlı araşdırmalara başlanılıb. Həmin şəxsin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi ilə bağlı tədbirlər həyata keçirilir.











































