Qayıdış Könüllüləri işğaldan azad olunan Talış kəndində - FOTOLAR

GƏNCLİK
17:03 13.06.2023
2047
"Qayıdış Könüllüləri” Proqramının "Ağdam Könüllüləri” qrupu Tərtərin işğaldan azad olunan Talış kəndinə səfər edib.

AZXEBER.COM xəbər verir ki, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Azərbaycan Respublikasının Gənclər Fondunun, Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi və "Böyük Qayıdış” Gənclər Təşkilatının təşkilatçılığı ilə təşkil olunan səfər zamanı könüllülər kənd ərazisini gəzərək buraya köçürülən ailələr üçün yaradılan şəraitlə yaxından tanış olub, görülən və planlaşdırılan işlər haqqında ətraflı məlumat alıblar. Könüllülərin diqqətinə çatıdırılıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 3-də bu strateji ərazini düşməndən təmizləyib. İşğaldan azad edildikdən sonra dövlətimizin başçısının tapşırıqları əsasında Talış kəndində tikinti-bərpa işləri aparılıb, yeni evlər inşa olunub, zəruri infrastruktur yaradılıb. Kənd Qarabağ iqtisadi rayonu ərazisində tikilən ilk kənddir və sakinlərin rahat yaşamağı üçün hər cür şərait yaradılıb. Böyük Qayıdış proqramı çərçivəsində Talış kəndinə ilk mərhələdə 20 ailə köçürülüb. İkinci mərhələdə isə daha 158 ailənin köçürülməsi nəzərdə tutulub. Hazırda kənddə bərpa-quruculuq işləri davam edir. 

Könüllülər daha sonra Talış kənd tam orta məktəbində kənddə məskunlaşan əhali ilə görüşüb, fikir mübadiləsi aparıb, öz təəssüratlarını onlarla bölüşüblər. Görüşdə bilidirilib ki, Qayıdış Könüllülərinin kəndə bu cür səfərlərinin tez-tez təşkil olunması, eyni zamanda Nümayəndəliklə birlikdə Talış kəndində yaşayan uşaq, yeniyetmə və gənclər üçün müxtəlif məzmunlu, maraqlı tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Kənddən xoş təəssüratla ayrılan könüllülər səfərin sonunda Tərtərin işğaldan azad olunan Suqovuşan qəsəbəsinə də baş çəkiblər.

Qeyd edək ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən işlərə gənc nəslin, xüsusilə də kökləri bu torpaqlara bağlı olan gənclərin daha geniş cəlb olunması çağırışına uyğun olaraq həyata keçirilən "Qayıdış Könüllüləri” proqramının əsas məqsədi, işğaldan azad olunmuş ərazilərdə könüllülük fəaliyyətini dəstəkləmək, əslən həmin bölgələrdən olan gənclərin öz doğma torpaqlarında yenidənqurma və bərpa işlərində, eləcə də bölgənin tarixi, mədəniyyəti və xalqımızın irsinin təbliğində iştirakını təşviq etmək və gənclərin azad olunmuş ərazilərə qayıdışına töhfə verməkdir.

Proqram çərçivəsində könüllülərin işğaldan azad olunmuş ərazilərdə müxtəlif könüllü fəaliyyətlərdə, o cümlədən mütəmadi olaraq bu ərazilərdə keçiriləcək tədbirlərin təşkilində iştirak, buraya səfər edən yerli və xarici qonaqlarla iş, qayıdışa hazırlıq, bərpa və yenidənqurma işlərinə, məskunlaşmaya dəstək, həmçinin Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş ərazilərdə müvafiq xüsusi nümayəndəliklərinə müxtəlif fəaliyyət istiqamətləri üzrə könüllü dəstəyinin göstərilməsinə cəlb olunmaları nəzərdə tutulub. Hazırda proqram çərçivəsində "Şuşa Könüllüləri”, "Ağdam Könüllüləri” və "Zəngilan Könüllüləri” qrupları formalaşdırılıb. Növbəti mərhələdə digər işğaldan azad olunmuş inzibati ərazi vahidlərinə uyğun olaraq könüllü qruplarının yaradılması planlaşdırılır. 
 

 

 

 

 

 

 



 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb