"Qaynar xətt"ə zəng edəni "satırlar"

GƏNCLİK
10:56 24.02.2011
2507
Bir çox ali məktəblərdə qış imtahan sessiyasının artıq başa çatmasına baxmayaraq, söz-söhbətlər hələ də səngimək bilmir. Tələbələr yenə də müəllimlər tərəfindən süni şəkildə sıxışdırıldıqlarını, imtahanlarda rüşvətin yenə meydan suladığını bildirirlər. Tələbələrin narazılığına hələ ki, yalnız Bakı Dövlət Universitetində ciddi reaksiya verilib. BDU-nun Mətbuat və informasiya şöbəsinin yaydığı məlumatda bildirilirdi ki, rektor Abel Məhərrəmov qış imtahan sessiyasının nəticələrindən narazı qalan tələbələrlə görüş keçirib. 

Tələbələr "əla" və "yaxşı" qiymət almaları üçün 1-2 balın çatmadığını bildiriblər. Rektor isə apellyasiya şikayəti verən hər tələbəni dinləyərək müraciətlərinə uyğun olaraq işlərinin yenidən yoxlanılması tapşırığını verib. A. Məhərrəmov imtahan işlərini obyektiv yoxlamayan, tələbələrin qiymətlərini azaldan müəllimlərin aqibətinin çox ağır olacağını xüsusi vurğulayıb.

Təəssüf ki, digər ali məktəblərdə tələbələrin narazılıqlarının dinlənilməsi hallarına rast gəlinməyib. Bu, bir yana, hətta Qərb Universitetində Təhsil Nazirliyinin "qaynar xətt"inə müraciət etmiş bir qrup tələbə ali məktəbdən qovulmaq təhlükəsi ilə üz-üzə qalıb. Bunu "Şərq"ə Tələbələrin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin sədri Elnur Məmmədli bildirdi. E.Məmmədli imtahan sessiyaları zamanı monitorinqlər aparmalarına Təhsil Nazirliyinin icazə vermədiyini dedi:

- Əvvəllər biz imtahan sessiyaları zamanı monitorinqlər aparırdıq. İmtahanlarda birbaşa iştirak edirdik və qiymətləndirmənin obyektiv aparılıb-aparılmadığını müşahidə edirdik. Sonra isə Təhsil Nazirliyi buna qadağa qoydu, bizə icazə vermədilər artıq. İmtahan sessiyaları ilə bağlı hazırladığımız hesabatda mənfi çalarlar çox olduğundan, görünür bu, Təhsil Nazirliyinin xoşuna gəlməmişdi və nəticədə biz monitorinqlərdən kənarlaşdırıldıq. İndi biz imtahanları ancaq kənardan izləyə bilirik. Tələbələr arasında sorğu keçirməklə vəziyyəti müəyyənləşdiririk. Düzdür, bu üsul 100 faiz nəticənin əldə edilməsinə imkan yaratmır, ancaq vəziyyət 90 faiz aydınlaşır. Qiyabi şöbədə imtahanlar hələ başa çatmadığından biz araşdırmanı yekunlaşdırmamışıq. Ona görə də yekun hesabatımız hələ hazır deyil. Ancaq bəri başdan onu deyə bilərəm ki, imtahanlarda rüşvət halları, tələbələrin sıxışdırılması ilə bağlı məlumatlarımız var. Narazılıqlar əsasən dövlət ali məktəblərindəndir. Bunlar hamısı yekun hesabatda əksini tapacaq. Araşdırma zamanı bunu da müəyyənləşdirdik ki, tələbələr Təhsil Nazirliyinin "qaynar xətt"inə etibar etmir. Əlimizdə məlumatlar var ki, Qərb Universitetinin tələbəsi təhsil haqları ilə bağlı Təhsil Nazirliyinin "qaynar xətt"inə müraciət edib, neqativ faktları açıqlayıb, amma indi bir qrup tələbə qovulma təhlükəsi ilə üz-üzədir. Bunun da səbəbi odur ki, "qaynar xət"lərdə anonimlik qorunmur. Tələbələr bildirir ki, anonim zəng edəndə şikayəti qeydə almırlar. Zəng edənin özünü təqdim etməsini tələb edirlər. Bu da nəticəsi. Hazırda biz bu məsələni araşdırırıq və Təhsil Nazirliyinə, Qərb Universitetinə rəsmi şəkildə sorğu ilə müraciət edəcəyik. Həmin tələbələrin hüquqlarının qorunmasına çalışacağıq.

//Şərq qəzeti

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir