Aprel ayının 25-də Qaynar.info Milli Xəbər Portalının 5 yaşı tamam olur. Bu münasibətlə dünən Park Bulvardakı “Zeytun” Restoranında ölkə ictimaiyyətinin iştirakı ilə mərasim keçirilib. Tədbirə Milli Məclisin deputatları, dövlət qurumlarının rəsmiləri, media kaptanları, QHT təmsilçiləri və biznes strukturlarının nümayəndələri qatılıb.Tədbiri giriş sözü ilə açan portalın baş redaktoru Fərid Şahbazlı bildirdi ki, 2007-ci ilin aprel 25-də Zahir Əzəmət tərəfindən olunan, 2009-cu ildən etibarən isə onun rəhbərliyi altında fəaliyyət göstərən portal bu gün Azərbaycanda minlərlə oxucunun oxuyub etibar etdiyi və ölkə ictimaiyyətinin ciddi informasiya resursu kimi qəbul etdiyi portallardandır. Portal hər gün müxtəlif sahələri əhatə edən yüzə yaxın informasiya- müsahibələr, eksklüziv xəbərlər, publisistik materiallar yayımlayır. Saytın xəbərlərinə mütəmadi olaraq ölkənin ciddi mətbu orqanları tərəfindən istinad olunur. Portala gün ərzində 7 mindən artıq İP-dən insan daxil olur. Daim tərəfsizlik və dövlətçilik prinsiplərindən çıxış edən Qaynar.info həm də intellektual gəncliyin izlədiyi azsaylı informasiya saytlarından biri kimi tanınır.Mərasimdə çıxış edən Milli Məclisin deputatları Çingiz Qənizadə, Aydın Mirzəzadə Qaynar.info-nun ölkənin internet media mərkəzində özünəməxsus yerinin olduğunu və artan rəqabət mühitində portalın bu mövqeyini qoruyub saxladığı qeyd etdilər. Millət vəkilləri vurğuladılar ki, Qaynar.info hadisələrə operativ və obyektiv yanaşması ilə seçilən informasiya resurslarından biri kimi öz oxucuları üçün daima aktualığını saxlayır.“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Olaylar” qəzetinin və informasiya agentliyinin rəhbəri Yunus Oğuz, “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və digərləri öz təbrik nitqlərində Qaynar.info-nun ölkənin internet mediasında özünəməxsus yerindən söz açaraq, gənclərin əməyinin məhsulu olan portalın ortaya kifayət qədər peşəkar mövqe qoyduğunu vurğuladılar.Tədbirdə iştirak edən Səbail rayon İcra Hakimiyyəti başçısının I müavini Xalidə Bayramova, Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik-leytenat Vaqif Əsədov, Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəbəri Nadir Əzməmmədov Qaynar.info-nun daim dövlətçilik maraqlarından çıxış etdiyini və bütün məsələlərə yanaşmada əsas prinsip kimi bu meyarı götürdüyünü qeyd etdilər.Azərbaycan Gənclərinin Avropaya İnterqrasiyası Təşkilatının sədri Gülsel Səfərova, “Əmlak bazarı iştirakçıları” İctimai Birliyinin sədri Ramil Osmanlı da çıxışlarında Qaynar.info-nun uğurlu xəbər siyasətindən söhbət açaraq, portalın gənclər və ümumilikdə vətəndaş cəmiyyəti təsisatları üçün tribuna rolunu oynadığını qeyd etdilər.Mərasimə qatılan “Azercell” MMC, “Akkord” Aakkord şirkətlər qrupu, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri Qaynar.info-nu təbrik edərək, fəaliyyətində uğurlar arzuladılar.Tədbir boyu Azərbaycanın Əməkdar Artisti, sevilən və populyar müğənni Aybəniz Haşımovanın və müğənnilər Rövşən Əziz, Emin Eminzadə, Tərlan Eyvazov, Nicat Mənsimov, Vüqar Ağasıyev və Elçin Məhərrəmovun ifasında gözəl musiqilər təqdim olundu.