Qaynatasıgilə icazəsiz getdiyi üçün arvadını qanına buladı - TƏFƏRRÜAT

Qaynatasıgilə icazəsiz getdiyi üçün arvadını qanına buladı - TƏFƏRRÜAT
Bütün Xəbərlər
11:55 30.06.2014
1140
Ötən gün axşam saatlarında Siyəzən şəhərində ər arvadını qısqanclıq üzündən qana boyayıb.
Hadisə Babaverdi Dəmirov küçəsində yaşayan İsgəndərovlar ailəsində qeydə alınıb.
Belə ki, 1992-ci il təvəllüdlü Siyəzən şəhər sakini Muradxan Bahadur oğlu İsgəndərov arvadı 1994-cü il təvəllüdlü Səbinə Əbil qızı İsgəndərovaya bir neçə bıçaq zərbəsi vurub. Qadın bədəninin müxtəlif nayihələrindən aldığı çoxsaylı bıçaq xəsarətlərilə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.
Arvadını bıçaqlayan Muradxan İsgəndərov hadisə yerindən qaçıb. O, polisdən gizlənməyə çalışsa da, buna nail ola bilməyib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində polis arvadını bıçaqlayan kişini yaxalayıb.
Muradxan İsgəndərov polisə verdiyi ifadədə arvadını qısqandığı və onun sözünə qulaq asmadığı üçün bıçaqladığını deyib. Kişinin sözlərinə görə, Səbinə İsgəndərova ondan icazə almadan atasının evinə gedib. Bunun səbəbini soruşduqda isə qadın ona cavab qaytarıb. Kişi də bundan əsəbləşərək bıçağa əl atıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
///Anspress
OXŞAR XƏBƏRLƏR