AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyiməlumata görə, şübhəli şəxs Neftçala RPŞ əməkdaşları tərəfindən tutulub. Araşdırmalar zamanı məlum olub ki, Zaur Əsgərov əvvəllər də məhkumluq həyatı yaşayıb.Xatırladaq ki, ötən gün Neftçala rayonunun Həsənabad qəsəbəsində, münaqişə zəminində Fərhad Əhədov bacısının həyat yoldaşı Zaur Əsgərov tərəfindən bıçaqlanıb. Ağır yaralanan Fərhad Əhədov xəstəxanaya yerləşdirilib. Lakin xəsarəti ağır olduğuna görə, həkimlər onun həyatını xilas edə bilməyiblər.