
Mehmet Ali Erbil səhhətindəki problemlərə görə uzun müddət işləyə bilməyib və bu səbəblə sərvətinin böyük qisminin tükəndiyini açıqlamışdı. Onun gəlirinin əsas mənbəyi televiziya proqramları və şou layihələri olduğu üçün, ciddi sağlamlıq problemləri, uzun reabilitasiya dövrü səbəbilə uzun müddət ekranlardan uzaq qaldı. Bu da gəlirin kəsilməsinə gətirib çıxardı.

İbrahim Tatlıses sərvəti və biznesi ilə bu gün də gündəmdə olmasına baxmayaraq, bəzi biznes layihələrində zərər edərək maliyyə itkiləri yaşayıb. Musiqidən qazandığı pulları restoran və otel biznesi, media və televiziya layihələri, inşaat və daşınmaz əmlaka yatırım edən sənətçinin planları uğursuz olub. Onun açdığı restoranlar şəbəkəsinin böyük qismi oğlunun səhvi ucbatından bağlanıb. Bununla da sənətçi böyük pullar itirdiyini açıqlayıb.

Demet Akalın və Petek Dinçözə isə sevgi qurbanı demək olar.
Hər iki xanım müğənni həyat yoldaşlarının şəxsi və biznes problemləri səbəbilə maddi çətinliklərlə üzləşiblər. Hətta Demet Akalın həyat yoldaşı Okan Kurtun maliyyə problemlərinin ona təsir etməməsi üçün yalandan rəsmi olaraq ondan boşanıb. Petek Dinçöz isə keçmiş həyat yoldaşı ilə yollarını ayıran zaman onun borclarına ortaq olduğu üçün külli miqdarda pul ödəməli olub.

Yıldız Tilbe konsertləri ilə böyük pullar qazanan sənətçilərdəndir. Müğənni qazancını düzgün idarə edə bilmədiyini özü etiraf edərək sərvətinin olmadığını açıqlamışdı. Bu gün də anşlaqla keçən konsertlərinin olmasına baxmayaraq, sənətçi sərvətini daha çox xeyriyyə məqsədilə istifadə edir.

Dünya ulduzları arasında da oxşar həyatı yaşan və böyük maliyyə problemləri ilə üzləşən ulduzlar var.
Lüks həyat tərzi və həddindən artıq lazımsız xərclər səbəbindən milyonlarla dollar qazansa da, iflas etdiyini açıqlayan boks dünyasının ulduzu Mayk Tayson buna ən yaxşı misaldır.

Hər bir ulduz günün birində səhnədən gedəcəyini düşündüyü üçün gələcək planlarında biznesə geniş yer verir. Amma yanlış investisiyalar səbəbindən bir çoxunun istəyi uğursuz olur. Aktyor Nicolas Cage daşınmaz əmlak və digər riskli yatırımlar səbəbilə böyük borclarla üzləşib və bir müddət böyük maliyyə problemləri yaşayıb.

Maliyyə idarəetməsində problemlər xarici ulduzlarda da mövcud olduğundan reper MC Hammer şou-biznes tarixində ən məşhur maliyyə çöküşü yaşayan ulduzlardan biri hesab olunur. O, 13 milyon dollar borcu olduğunu deyərək rəsmi şəkildə müflis olduğunu açıqlamışdı. Böyük malikanə, lüks avtomobillər, şəxsi təyyarə və yüksək xərclər onun müflişməsinin əsas səbəbi kimi göstərilirdi.

2015-ci ildə reper "50 Cent", rəsmi iflas müraciəti edərək borclarının olduğunu elan etmişdi. O, borclarını tənzimləmək və maliyyə vəziyyətini yenidən qurmaq üçün atılan hüquqi addımlardan istifadə edəcəyini və 50 milyon dollar borcu olduğunu açıqlamışdı.

Aysel Hacızadə











































