Qazax sakinindən “Karabin” aşkarlandı - FOTO

KRİMİNAL
11:18 06.11.2021
704
Qazax rayon sakinindən silah aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, rayon sakini Tural Yaqubov saxlanılaraq polis şöbəsinə gətirilib.

Onun üzərinə axtarış keçirilən zaman əlindəki torbadan bir ədəd atəşə yararlı, lüləsi kəsilmiş "Karabin” markalı tüfəng və 14 ədəd patron götürülüb.

Götürülən maddi sübutlar ekspertizaya göndərilib, faktla bağlı araşdırmalar davam etdirilir.
 

 


OXŞAR XƏBƏRLƏR