Qazax sakini Kür çayında batıb.
Hadisə Kür çayının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, rayonun Birinci Şıxlı kənd sakini 1963-cü il təvəllüdlü Y. Məmmədov kür çayında batıb.
Dərhal hadisə yerinə FHN Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axarış qrupunun xilasediciləri cəlb edilib.
Hazırda axtarışlar davam etdirilir və əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
///apa.az











































