Qazaxda erməni mərmisi partladı: 16 yaşlı oğlan yaralandı

Qazaxda erməni mərmisi partladı: 16 yaşlı oğlan yaralandı
Bütün Xəbərlər
12:10 09.12.2015
1165
Vəziyyəti orta-ağır qiymətləndirilir.
Azərbaycanın Qazax rayonunda mərmi partlaması nəticəsində 16 yaşlı şəxs yaralanıb.
AZXEBER.COM  xəbər verir ki, Qazax rayon Diaqnostika Mərkəzindən APA-nın qərb bürosuna verilən məlumata görə, rayonun Quşçu Ayrım kənd sakini, 1999-cu il təvəllüdlü Sadıqov Tural Cavanşir oğlu sol əlin didilmiş-dağılmış odlu silah xəsarəti və döş qəfəsinin qəlpə yarası ilə mərkəzə yerləşdirilib.
Yaralıya dərhal tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Valideynlərinin dediyinə görə, T. Sadıqov ermənilərin atdığı, evin həyətinə düşən mərmini götürən zaman mərmi partlayıb və xəsarət alıb.
OXŞAR XƏBƏRLƏR