Qazaxda vəhabilərlə polis arasında atışma oldu - RƏSMİ

Qazaxda vəhabilərlə polis arasında atışma oldu - RƏSMİ
Bütün Xəbərlər
11:20 25.05.2012
1933

Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Qazax rayonunda baş vermiş silahlı insidentə aydınlıq gətirib.

AZXEBER.COM-un məlumatına görə, DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavabında bildirib ki, ağır cinayət hadisəsində iştirakına görə, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən axtarışda olan Bakı şəhər sakini, Samir Sanıyev mayın 24-də, saat 07.30 radələrində Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində tutulub. Saxlanılarkən o, polis əməkdaşlarına silahlı müqavimət göstərib, tapançadan atəş açaraq polis serjantı Elşən Səttarovu bud nahiyəsindən yaralayıb. S. Sanıyev tərksilah edilib, ondan bir ədəd “Steçkin” markalı tapança, 19 patron və hər birində 20 patron olan iki daraq götürülüb. Qeyd edək ki, mətbuatda Qazax rayonunda radikal dindarlarla polis arasında silahlı insident olması barədə məlumat yayılıb. Qazağın Çaylı kəndi ərazisində hüquq-mühafizə orqanları əməkdaşları xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı silahlı insident qeydə alınıb. İnsident nəticəsində 1 polis əməldaşı yaralanıb.

OXŞAR XƏBƏRLƏR