Qazaxıstanda 52 nəfər avtobusda diri-diri yandı

Qazaxıstanda 52 nəfər avtobusda diri-diri yandı
DÜNYA
12:15 18.01.2018
1481
Qazaxıstanda sərnişin avtobusu yanıb.

APA-nın "İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstanın Fövqəladə Hallar üzrə Komitəsinin rəsmi nümayəndəsi Ruslan İmankulov məlumat verib.

Onun sözlərinə görə, hadisə bu gün səhər saatlarında Samara-Çimkənd avtomobil yolunda baş verib.

"İkarus" markalı avtobusun alışması nəticəsində 52 nəfər yanaraq ölüb. Sərnişinlərdən yalnız 5 nəfəri avtobusdan çıxaraq xilas ola bilib.

Avtobusdakıların hamısı Özbəkistan vətəndaşı olub. 

Yanğının başvermə səbəbləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR