Qazaxıstanda baş verən kütləvi iğtişaşlarda ölənlərin sayı 15-ə çatıb.APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Qazaxıstan Baş Prokurorluğu Janaozen şəhərində 14, Şetpe şəhərində isə 1 nəfərin öldüyünü aşıqlayıb. Xatırladaq ki, dekabrın 16-da Janaozen şəhərində kütləvi iğtişaş baş verib. Yerli administrasiya və “Ozenmunayqaz” şirkətinin ofisi də daxil olmaqla, 46 bina və bir neçə avtomobil yandırılıb. Polislə iğtişaşçılar arasındakı toqquşmalarında 14 nəfər ölüb. Təxminən 130 nəfər həbs edilib. Prezidentin fərman ilə Janaozendə fövqəladə vəziyyət elan edilib. Fövqəladə vəziyyət yanvarın 5-nə qədər qüvvədə olacaq.