Qazaxıstanda mədən çökdü - Dağıntı altında qalanlar var

DÜNYA
23:52 17.02.2025
304
Qazaxıstanın Ulıtau vilayətində "Jomart” mədənində çökmə baş verib.

AZXEBER.COM TASS-a istinadən xəbər verir ki, nəticədə 7 şaxtaçı dağıntılar altında qalıb.

"Fevralın 17-də "Kazakhmys Corporation” MMC-nin "Jomart” mədənində süxur kütləsinin çökməsi baş verib.
 
Hadisə nəticəsində dağıntılar altında 7 işçi qalıb. Kabel qırıldığı üçün hazırda işçilərlə əlaqə yoxdur”, - məlumatda deyilir.

Hazırda hadisə yerində təcili xilasetmə işlərinin aparıldığı bildirilir.

OXŞAR XƏBƏRLƏR