Qazaxıstanın Baş naziri Azərbaycana gəlib

Qazaxıstanın Baş naziri Azərbaycana gəlib
SOSİAL
10:20 04.07.2025
201
Qazaxıstanın Baş naziri Oljas Bektenov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 4-də Füzuli rayonuna gəlib.

AZXEBER.COM xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qazaxıstanın Baş naziri Oljas Bektenovu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.
OXŞAR XƏBƏRLƏR