20 avqust tarixindən etibarən Qəbələ regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq.
AZXEBER.COM xəbər verir ki, Qəbələ “ASAN xidmət” mərkəzi Qəbələ, Balakən, Zaqatala, Qax, Şəki, Qəbələ, Oğuz, İsmayıllı, Ağsu, Şamaxı və Qobustan rayonlarının ərazisində qeydiyyatda olan və ümumi sayı 900 000-dən çox vətəndaşa xidmət göstərəcək.Respublikamızda sayca onuncu mərkəz olan Qəbələ “ASAN xidmət” mərkəzində işçilərin ümumi sayı 200 nəfərdir ki, onların da 45 nəfəri könüllüdür.Qəbələ “ASAN xidmət” mərkəzindən görüntüləri təqdim edirik:




