“Qəbələ” iki futbolçusunu cəzalandırıb

“Qəbələ” iki futbolçusunu cəzalandırıb
İDMAN
18:36 21.12.2023
376
"Qəbələ” U-19 komandasının iki futbolçusunu cəzalandırıb.

Bu barədə AZXEBER.COM-a komandanın baş məşqçisi Zaur Hacıyev məlumat verib.

O bildirib ki, AFFA Gənclər Liqasında, "Zirə” ilə ev oyununda bir-biriləri ilə mübahisə edən Okan Təhməzli və Ceyhun Bağırov məşq, oyun cəzası ilə yanaşı, klub tərəfindən də cərimə olunublar.

Baş məşqçi AFFA İntizam Komitəsinin Okan Təhməzlini 4 oyunluq cəzalandırmasına da münasibət bildirib:

"Oyunçuların bir-biriləri ilə dalaşmaları və ya mübahisə etmələri bizim daxili prinsiplərimizə zidd davranışdır. Səhvə yol verən istənilən şəxs cəzasını almalıdır. Sadəcə, Okan Təhməzliyə verilən 4 oyunluq diskvalifikasiyanın çox olduğunu düşünürəm. Çünki şişirdiləcək dərəcədə dava düşməyib, futbolçular aqressiv danışıblar, bir-birilərini itələyiblər”.
Zaur Hacıyev futbolçular arasında yaşanan qalmaqalın səbəbini də açıqlayıb:

"3:1 öndə olduğumuz matç 3:3 hesabı ilə bitdi. Gərginliyin pik anında Okanla Ceyhun arasında mübahisə düşdü. Okanın verdiyi ötürməni Ceyhun qolla tamamlaya bilmədi və gərginlik də ondan başladı. Hər iki oyunçu klubdan, məşqçilər heyətindən, bütün personaldan üzr istədilər, bir-biriləri ilə barışdılar. Bu uşaqlar keçid yaşındadırlar, gəncdirlər”.

Çalışdırıcı oyunçuları komandadan uzaqlaşdırmaq fikrində olmadıqlarını sözlərinə əlavə edib:

"Heç kimi komandadan uzaqlaşdırmaq fikrimiz yoxdur. Hər ikisi perspektivli futbolçudur. Biz ilk növbədə oyunçunu qazanmağa çalışırıq. Bu cür hadisələr yaşanmalıdır ki, təkrarlanmaması üçün uşaqlara izah edək. Okanla Ceyhun da səhvlərini başa düşdülər”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Kombini yandırmaq üçün tezdir” deyənlərə XƏBƏRDARLIQ
16:18 05.10.2026
“Kombini yandırmaq üçün tezdir” deyənlərə XƏBƏRDARLIQ
“Azərbaycan öz gücünə arxalanaraq zəfər qazandı”
16:17 05.10.2026
“Azərbaycan öz gücünə arxalanaraq zəfər qazandı”
“Cahan Holdinq” marketinq rəhbərliyi Müşviq İskəndərova həvalə etdi
16:00 05.10.2026
“Cahan Holdinq” marketinq rəhbərliyi Müşviq İskəndərova həvalə etdi
Deputat: “Azərbaycan iqtisadi müstəqilliyini tam təmin edib”
15:55 05.10.2026
Deputat: “Azərbaycan iqtisadi müstəqilliyini tam təmin edib”
Bu həftə hansı bürclər pul qazanacaq?
15:53 05.10.2026
Bu həftə hansı bürclər pul qazanacaq?
Açılmış qazlı suyu günlərlə içmək təhlükəlidirmi? – Xəbərdarlıq
15:48 05.10.2026
Açılmış qazlı suyu günlərlə içmək təhlükəlidirmi? – Xəbərdarlıq
Magistraturada “pullu”ya düşən 195 tələbə ödənişsiz təhsil alacaq
15:37 05.10.2026
Magistraturada “pullu”ya düşən 195 tələbə ödənişsiz təhsil alacaq
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı
15:01 05.10.2026
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı
“Ölkəmiz Qarabağ qələbəsinin hesabına yeni geosiyasi status əldə edib” – Zahid Oruc
14:55 05.10.2026
“Ölkəmiz Qarabağ qələbəsinin hesabına yeni geosiyasi status əldə edib” – Zahid Oruc
Bu müəllimlərin maaşı artacaq - 2500-3000 manat...
14:50 05.10.2026
Bu müəllimlərin maaşı artacaq - 2500-3000 manat...
Könül Nurullayeva: “Qarşımızda yeni dövlətçilik vəzifələri dayanır”
14:32 05.10.2026
Könül Nurullayeva: “Qarşımızda yeni dövlətçilik vəzifələri dayanır”
AccessBank-ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirildi - FOTOLAR
14:26 05.10.2026
AccessBank-ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirildi - FOTOLAR
“Azərbaycanın təkbaşına mübarizə aparması mühüm siyasi reallıq idi”
14:23 05.10.2026
“Azərbaycanın təkbaşına mübarizə aparması mühüm siyasi reallıq idi”
Bayram günü müəllimlərə hədiyyə alınmalıdır? - Misir Mərdanov danışdı
14:13 05.10.2026
Bayram günü müəllimlərə hədiyyə alınmalıdır? - Misir Mərdanov danışdı
Bakıda 18 yaşlı oğlan məktəbin qarşısında öldürüldü
13:57 05.10.2026
Bakıda 18 yaşlı oğlan məktəbin qarşısında öldürüldü
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı
13:44 05.10.2026
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı