UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, təmsilçimiz “Qəbələ” də qrup mərhələsində çıxış etmək üçün mübarizə aparıb.
İlk matçda öz meydanında “Maribor”a 3:1 hesabı ilə qalib gələn “qırmızı-qaralar” səfər oyununda məğlub olsa da, mərhələni keçməyi bacarıb.
Matçın ilk hissəsi qolsuz bərabərliklə yekunlaşıb. İkinci hissədə komandalar qarşılıq qol vəziyyətləri yaratsalar da, hesabı açan tərəf meydan sahibləri olub. Tavarezin uzaq məsafədən "doqquzluğ"a nişanladığı zərbə Bezotosnı üçün əlçatmaz olub.
Qoldan bir az sonra isə "Qəbələ" daha bir zərbə alıb. Hakim Viktor Kassai gözlənilmədən Teo Uiksi qırmızı vərəqə ilə oyundan kənarlaşdırdı. Bundan sonra ərazi üstünlüyünə yiyələnən rəqib hücumları artırmağa başladı. Epizodların birində Dmitri Bezotosnının möhtəşəm "seyv"idemək olar ki, komandasını qrup mərhələsinə çıxardan hərəkət oldu.
Oyunun sonuna əlavə olunan 6 dəqiqədə də hesab dəyişməyincə, "Qəbələ" qrup mərhələsinə yüksələn tərəf oldu.
Avropa Liqası
Pley-off, cavab oyunu
25 avqust
“Maribor” (Sloveniya) – “Qəbələ” - 1:0
Qol:Tavares, 65
Qırmızı vərəqə:Teo Uiks, 69
Baş hakim: Viktor Kaşşai
Baş hakimin köməkçiləri: Qyorgi Rinq, VençelTot
Dördüncü hakim: TamaşBoqnar (hamısı Macarıstan)Hakim-isnpektor: İqor İşenko (Ukrayna)UEFA nümayəndəsi: Kris Bonet (Malta)
Maribor. “Lyusdki Vrt” srtadionu
“Maribor”:33. Jasmin Handanoviç, 3. Erik Yanza, 4. Marko Şuler, 5. Blaz Vrhoveç, 6. Aleks Pihler, 9. Tavares, 11. Milivoye Novakoviç, 22. Dare Vrişiç, 35. Rodriqo Defendi, 39. Damyan Bohar, 44. Denis Sme
Ehtiyat oyunçular:69. Matko Obradoviç, 8. Sintayehu Sallaliç, 14. Sanni Omoregiye, 20. Qreqor Bayde, 24. Marvan Kabha, 28. Mitya Viler, 70. Aleş Mertelj
Baş məşqçi:Darko Milaniç
“Qəbələ”:22. Dmitri Bezotosnı, 3. Voyslav Stankoviç, 7. Nika Kvekveskiri, 9. Sergey Zenyov, 15. Viatli Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 18. Baqali Dabo, 19. Filip Ozobiç, 20. Rikardinyo, 27. Teo Uiks, 44. Rafael Santos
Ehtiyat oyunçular:33. David Poetrzkeviç, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov, 11. Asif Məmmədov, 13. Murad Musayev, 32. Rəşad Eyubov, 34. Urfan Abbasov
Baş məşqçi:Roman Qriqorçuk