Azərbaycan Xarici İşlər nazirliyi Qəbələ RLS-in fəaliyyətinin dayandırılması ilə əlaqədar bəyanat yayıb.AZXEBER.COM-un XİN mətbuat xidmətinə istinadən verdiyi xəbərə əsasən, bəyanatda qeyd olunur ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Qəbələ Radiolokasiya Stansiyası (RLS) ilə əlaqədar intensiv danışıqlar aparılıb.“Azərbaycan Respublikası danışıqlarda Qəbələ RLS-in icarə müddətinin uzadılması ilə bağlı Rusiya tərəfi ilə əməkdaşlığı davam etdirməyə hazır olduğunu nümayiş etdirib. Danışıqlar zamanı adı çəkilən stansiyanın icarə haqqı ilə bağlı razılaşmanın əldə olunması mümkün olmayıb.