Qəbələ rayon sakininin ehtiyatsızlığı onun ölümü ilə nəticələnib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, noyabrın 26-da Xaçmaz kəndinin meşə zolağında, Qəbələ rayon sakini Elmar Ağasıyevin elektromişarla kəsdiyi ağac başına düşüb. O, aldığı xəsarətdən ölüb.