Qəbələdə 17 yaşlı lisey şagirdi itkin düşdü - FOTO

KRİMİNAL
17:05 27.03.2014
2254

Qəbələ rayonunda 17 yaşlı oğlan itkin düşüb. 

Rayon Polis Şöbəsindən verilən məlumata görə Qəbələ şəhərinin Məmməd Araz küçəsindəki 12 saylı mənzildə yaşayan Surxayev İlqar Rafiq oğlu Qəbələ RPŞ-nə ərizə ilə müraciət edərək bildirib ki, onunla birgə yaşayan oğlu 1997-ci il təvəllüdlü Cavid Rafiqli martın 25-də səhər saat 10:00 radələrində evdən çıxaraq bir daha geri qayıtmayıb.

İlqarın ailəsinin AZXEBER.COM-a verdiyi məlumata görə, hazırda polis əməkdaşları tərəfindən Cavid Rafiqlinin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Məlumata görə Qəbələ rayon Peşə Liseyinin tələbəsi olan Rafiqli Cavid İlqar oğlunun boyu 1 metr 60 santimetr, saclarının rəngi sari, gözlərinin rəngi sabalıdıdır. Evdən çıxarkən onun əynində göy rəngli gödəkcə və cins şalvar, şabalıdı rəngdə ayaqqabı olub. Onu görənlərdən və ya yerini bilənlərdən Qəbələ rayon Polis Şöbəsinin 051-985-02-02 və 055-607 64 70 telefonlarına zəng edərək məlumat vermələri xahiş olunur.

OXŞAR XƏBƏRLƏR