17:30 Cümə, 22 Noyabr 2019
İDMAN

"Qəbələ"də 2 milyon qazanan hücumçu - "Özümü türmədə hiss edirdim"

19:55, 07.11.201911039

"Qəbələ"nin sabiq hücumçusu Daniel Subotiç İsveçrə mətbuatına müsahibə verib.

Xorvatiya əsilli forvard "qırmızı-qaralar"da keçirdiyi ilk mövsümündən danışıb. 30 yaşlı futbolçu 2013-cü ildə Ukraynanın "Volın" klubunda çıxış edərkən Çempionlar Liqasında mərhələ adlayan Rumıniya təmsilçiis "Styaua" və "Qəbələ"dən təklif aldığını bildirib. O, pula görə Azərbaycana gəlməyə qərar verib:

"Gələcəyimi düşünməli idim. Ailə qurmaq, ev almaq istəyirdim. "Styaua" oynamaq və orada qalmaq təhlükəsiz deyildi. Orada möhkəmlənmək riskli ola bilərdi".

"Qəbələ" həmin vaxt Subotiçə həftəlik 50 min İsveçrə frankı (85 min manat) təklif edib. Onun əyalət klubunda illik maaşı təqribən 2 milyon manat olub.

Subotiç Qəbələdəki həyatın cansıxıcı olduğunu deyib: "Şəhər ölü idi. Restoran və mağazalar yox idi. Özümü türmədə hiss edirdim".

 

Subotiç Küveytin "Əl-Qədsiə" klubunda illik 1 milyon İsveçrə frankına (1,7 milyon manat) oynayıb.

İsveçrənin "Qrasshoper" klubunda çıxış edən Subotiç 2013/14 mövsümündə "Qəbələ"də oynayıb. O, 2017-ci ilin qış fasiləsində "qırmızı-qaralar"a qayıtdıqdan 6 ay sonra klubu tərk etdi.

 

sportal.az-a


XƏBƏR LENTİ