Qəbələ rayonunda vurulan iki qadın piyadanın biri ölüb.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, oktyabrın 11-də Qəbələ şəhəri ərazisində baş verib.
Bakı şəhər sakini Rəşan İlkin oğlu Zeynalov idarə etdiyi "Hyundai Veracruz" avtomobili ilə yolu keçmək istəyən iki piyada qadını vurub. Hadisə nəticəsində hər iki qadın Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, piyada Yaqut Orucalı qızı Bəkirova orada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.