Qəbələdə yüksək dağlıq ərazidə köməksiz vəziyyətdə qalan 3 nəfər xilas edilib.
AZXEBER.COM xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonunda yüksək dağlıq ərazidə 3 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Şimal-Qərb Regional Mərkəzinin xilasediciləri vətəndaşları təhlükəsiz əraziyə endirərək aidiyyatı üzrə təhvil veriblər.
Əməliyyat saat 13:40-da başa çatıb