Qəbələdə fahişəxana aşkarlandı

Qəbələdə fahişəxana aşkarlandı
Bütün Xəbərlər
14:37 13.09.2012
2903
İşlədiyi istirahət mərkəzini əxlaqsızlıq yuvasına çevirən Qəbələ sakini saxlanılıb.Bu barədə Gün.Az-a məlumat Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin mətbuat xidmətindən verilib.Məlumata görə, bu il avqustun 15-də idarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1982-ci il təvəllüdlü, Qəbələ rayonu, Vəndam qəsəbə sakini Quliyev İlham Soltan oğlu saxlanılıb.Aparılan araşdırma zamanı onun Vəndam qəsəbəsi, Qəbələ-İsmayıllı şosesinin kənarında yerləşən özünün işlədiyi “Su tayı” istirahət mərkəzində əxlaqsızlıq yuvası təşkil edərək saxlaması faktı müəyyən edilib.
OXŞAR XƏBƏRLƏR