Qəbələdə humanitar aksiya keçirilib

Qəbələdə humanitar aksiya keçirilib
Bütün Xəbərlər
11:20 02.10.2013
652

Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin Qəbələ rayonunda həyata keçirdiyi humanitar aksiya üç gün davam edib.

Bu barədə rayon İcra Hakimiyyətindən məlumat verilib.Bildirilir ki, respublikanın baş onkoloqu Azad Kərimlinin rəhbərliyi ilə təcrübəli mütəxəssislərdən ibarət həkim briqadası rayonlarda yaşayan əhaliyə konsultativ-diaqnostik və profilaktik yardım göstərib. Eyni zamanda onkoloqlar əhalini tibbi maarifləndirməklə yanaşı, onların ağciyərin rentgen və ultrasəs, laboratoriya, ginekologiya, ultrasonoqrafiya, mamoqrafik müayinəsini təşkil ediblər.Təcrübəli həkimlər rayonda son dövr qadınlar arasında daha çox müşahidə edilən süd vəzi xəstəliklərini, şişlərin əlamətlərini və digər xəstəlikləri aşkarlamaq məqsədi ilə də müayinələr aparıb. Aksiya zamanı Milli Onkologiya Mərkəzinin müvafiq tibbi avadanlıqlarla təchiz olunmuş səyyar diaqnostik kompleksində gün ərzində 250-280 nəfərdən çox Qəbələ rayon sakini müayinədən keçirilib. Nəticədə 2 nəfərdə xərçəng xəstəliyi aşkarlanıb. Həkim-onkoloqların təyinatına uyğun olaraq xəstələrin Qəbələdə və Bakı şəhərində müalicəyə cəlb edilməsi tövsiyə olunub.

OXŞAR XƏBƏRLƏR