AZXEBER.COM-un məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında məlumat yerləşdirilib. Nazirliyin “112” qaynar telefon xəttinə 04 aprel 2012-ci il tarixində, günün ikinci yarısında daxil olmuş məlumata əsasən, Qəbələ rayonu, Vəndam qəsəbəsinin 3 nəfər sakini - 1990-cı il təvəllüdlü Bayramov Nadir Tahir oğlu, 1991-ci il təvəllüdlü Baxşəliyev Zakir Qəzənfər oğlu və 1992-ci il təvəllüdlü Kərimov Elçin Müharif oğlu 30 mart 2012-ci il tarixində ov etmək məqsədilə dağa gedib və geri qayıtmayıb. Yaxınları onların qar uçqununa düşdüyünü bildirib. Dərhal Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 1 helikopteri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri, həmçinin xüsusi təlim keçmiş itləri hadisə rayonuna cəlb olunub. Aparılmış əməliyyat xilasetmə işləri nəticəsində 07 aprel 2012-ci il tarixində itkin düşmüş şəxslərin cəsədləri səhər saat 09:30 radələrində Qoçqaya adlanan ərazidə, 3 metr dərinlikdə qar uçqununun altından tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.