Qəbələdə restoran sahibi öldürüldü

Qəbələdə restoran sahibi öldürüldü
Bütün Xəbərlər
13:00 24.11.2014
1583
Bu gün Qəbələ rayonunda dəhşətli qətl hadisəsi baş verib.
AZXEBER.COM xəbər verir ki, hadisəni Rayon Polis Şöbəsi də APA-ya təsdiqləyib.
Belə ki, hadisə noyabrın 24-də saat 05.00 radələrində Qəbələ şəhər, Mirzə Ələkbər Sabir küçəsində törədilib. Həmin küçədə 1967-ci il təvəllüdlü Vahid Rəşid oğlu Vahabov özünə məxsus mənzildə qətlə yetirilib. O, naməlum şəxs və ya şəxslər tərəfindən odlu silahla öldürülüb.
Hazırda qətlin səbəbi və hadisəni törədənlərin tapılması istiqamətində araşdırma aparılır.
Qəbələdən Arqument.Az-a daxil olan məlumata görə, qətlə yetirilən Vahid Vahabov Qəbələdəki məşhur "Orman" restoranının sahibi olub.
Onun gecəyarı maskalı şəxslər tərəfindən qətlə yetirildiyi iddia olunur. Məlumatda vurğulanır ki, qanlı olay Qəbələdə ciddi rezonans doğurub.
OXŞAR XƏBƏRLƏR