Qəbələdə "Tufandağ"da turistlərə şok xəbərdarlıq: Bu hərəkəti edənlər 5 min dollar cərimələnir (FOTO)

Qəbələdə "Tufandağ"da turistlərə şok xəbərdarlıq: Bu hərəkəti edənlər 5 min dollar cərimələnir (FOTO)
SOSİAL
12:19 09.10.2017
9708
Qəbələ şəhərində yerləşən "Tufandağ" istirahət mərkəzindəki kanatın kabinlərində siqaret çəkən şəxslərlə bağlı xəbərdarlıq elanı yapışdırılıb. 
 
AZXEBER.COM xəbər verir ki, xəbərdarlıqda kabinlərdə tüstü detektorunun olduğu və siqaret çəkən şəxslərin 5 min dollar məbləğində  cərimələnəcəkləri qeyd edilib. 
 
Qeyd edək ki, sözügedən xəbərdarlıq son illər Azərbaycana axın edən ərəb turistlərin ən çox Qəbələyə üz tutması ilə bağlıdır. İraq, BƏƏ, Bəhreyn, Küveyt və Qətərdən gələn turistlərin xəbərdarlıqlara məhəl qoymamaları bu cür cəzanın tədbiq edilməsinə səbəb olub. 
 
 

OXŞAR XƏBƏRLƏR