​"Qəbələ"dən Cavidin bibisioğlu ilə bağlı - Bəyanat

​"Qəbələ"dən Cavidin bibisioğlu ilə bağlı - Bəyanat
İDMAN
15:27 10.08.2015
1912

"Qəbələ" futbol klubu jurnalist Rasim Əliyevin ölümü ilə əlaqədar həbs olunduğu bildirilən Elşən İsmayılovla bağlı bəyanat yayıb. 

AZXEBER.COM-un məlumatına görə, bəyanatda bildirilir:

"Jurnalist Rasim Əliyevin öldürülməsinə görə təqsirləndirilən və hüquq-muhafizə orqanları tərəfindən saxlanılan Elşən İsmayılovun "Qəbələ"nin əvəzedici komandasının üzvü olduğu bildirilir. Diqqətinizə çatdırırıq ki, 2013-cü ilin iyul ayının 20-si perspektiv vəd edən futbolçu kimi "Qəbələ"nin əvəzedici komandasına cəlb olunan Elşənİsmayılov cəmi 6 ay əvəzedicilərin heyətində olub, ümidləri doğrultmadığına görə komandadan uzaqlaşdırılıb. Xatırladaq ki, həmin zaman Cavid Hüseynov "Qəbələ "də çıxış etmirdi".

Qeyd edək ki, jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbs olunan Elşən İsmayılov Cavid Hüseynovun bibisi oğludur.

OXŞAR XƏBƏRLƏR