Avropa Liqasının pley-off mərhələsi çərçivəsində sabah keçiriləcək "Qəbələ" - "Panatinaikos" matçı üçün satışa çıxarılan biletlər tükənib.
Klubun mətbuat xidmətindən veirlən məlumatına görə, "Bakcell Arena"da keçiriləcək oyun üçün kassalarda bilet qalmayıb.
Oyuna bir gün qalsa da, kassalarda artıq bilet qalmayıb. Satışa çıxarılan 8.800 biletin hamısı satılıb.
Qeyd edək ki, "Qəbələ" - "Panatinaikos" matçı sabah saat 21:00-da start götürəcək.