"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk verdiyi vədə əməl edib.
Qol.Az-ın məlumatına görə, ukraynalı mütəxəssis Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Apollon"a qalib (1:0) gələrək "pley-off"a yüksəldikləri matçdan sonra keçirilən mətbuat kofransında başına "aerodrom kepka" taxaraq iştirak edib.
Xatırladaq ki, R.Qriqorçuk "pley-off"a yüksələcəkləri təqdirdə "aerodrom kepka" taxacağını demişdi.
