“Qəbələ”nin Braziliyadakı turnirdə rəqibləri məlum oldu

İDMAN
19:00 11.12.2013
978

Məlum olduğu kimi, 15-21 dekabr tarixlərində Braziliyada futbol üzrə gənclər arasında (U-17) beynəlxalq turnir keçiriləcək.

AZXEBER.COM-un “Qəbələ”nin saytına istinadən verdiyi xəbərə görə, komandamızın turnirdə rəqibləri müəyyən edilib.Püşkatmaya görə, “Qəbələ” A qrupunda “Laranya Mekanika”, “Palmeyras” (hər ikisi Braziliya) və “Əl-Əhli” (BƏƏ) klubları ilə oynayacaq.Dekabrın 15-də “Qəbələ” “Laranya Mekanika”, 17-də “Palmeyras”, 19-da isə “Əl-Əhli” ilə qarşılaşacaq. Dekabrın 20-də yarımfinal matçları, 21-də isə final görüşü baş tutacaq. “Qəbələ” turnirə 22 nəfərlik heyətlə yola düşür.

OXŞAR XƏBƏRLƏR