Qəbələnin dağlıq ərazilərinə dolu düşüb - Faktiki hava

Qəbələnin dağlıq ərazilərinə dolu düşüb - Faktiki hava
SOSİAL
17:33 15.07.2020
712
İyulun 15-i saat 17:00-a olan məlumata əsasən Xınalıq, Daşkəsən, Oğuz, İsmayıllı, Altıağac, Xaltan, Qrız, Qəbələ, Şamaxı, Mərəzədə şimşək çaxıb, leysan xarakterli yağış yağıb. 

Milli Hidrometeorologiya Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, düşən yağışın miqdarı Şamaxıda 23, Dəmiraparançay-Qəbələdə 21 mm olub. Yağan leysan yağış nəticəsində  Dəmiraparançay və Pirsaatçay Poladlıdan sel keçib. 

Saat 14:30-da Qəbələ rayonunun dağlıq ərazilərinə xırda dənəli dolu düşüb.

Şimal-qərb küləyi Qəbələdə 24 m/s, Göyçayda 18 m/s-dək güclənib.
OXŞAR XƏBƏRLƏR