“Qəbələ”nin futbolçusu Avstriya ilə oyuna çağırıldı

“Qəbələ”nin futbolçusu Avstriya ilə oyuna çağırıldı
İDMAN
17:40 20.08.2016
1551

Gürcüstan yığmasının dünya çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyunu üçün heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, heyətdə Topaz Premyer Liqasında çıxış edən bir futbolçu da var.

Bu, “Qəbələ”nin yarımmüdafiəçisi Nika Kvekveskiridi. Yay fasiləsində “İnter”i “Qəbələ”yə dəyişən 24 yaşlı futbolçunun parlaq çıxışı Gürcüstan millisinin baş məşqçisi Vladimir Vayssın da diqqətindən qaçmayıb. Təcrübəli mütəxəssis 28 nəfərlik siyahıya Nikanın da adını salıb.

Qeyd edək ki, avqustun 29-da toplaşacaq Gürcüstan millisi DÇ-2018-in seçmə qrup mərhələsi çərçivəsində ilk oyununu sentyabrın 5-də Avstriyaya qarşı keçirəcək.

OXŞAR XƏBƏRLƏR