Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 25-də II və III ixtisas qrupları üzrə (cari ilin məzunları üçün) keçirilmiş qəbul imtahanının nəticələrini açıqlayıb.Komissiyadan AZXEBER.COM-a verilən məlumata görə, abituriyentlər imtahan nəticələri ilə TQDK-nın internet saytı vasitəsi ilə və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.Müsabiqə şərtlərinə əsasən I, II, III və IV qruplar üzrə müsabiqədə ümumi balı 200-dən, hər bir fənn üzrə minimal balı 10-dan az olamayan abituriyentlər iştirak edə bilərlər.