“ Polkovnik Müəmmar Qəddafiyə sadiq qoşunların 15%-i bu günə kimi döyüş əzmini qoruyub saxlayır”. AZXEBER.COM-un məlumatına görə, bunu NATO qərargahı komandanının müavini fransız generalı Vensan Teryer deyib. O, bildirib ki, Qəddafiyə sadiq olan əsas qüvvələr Tripolidən Səbha və Sirt şəhərlərinədək olan zonada məskən salıb. General eyni zamanda vurğulayıb ki, NATO Qəddafini izləmir, onların bunun üçün nəzərdə tutulan qüvvəsi və vəsaiti yoxdur.