Qəddafi "Yıxılmadım, ayaqdayam" dedi

Qəddafi "Yıxılmadım, ayaqdayam" dedi
Bütün Xəbərlər
14:38 24.08.2011
1914

Müəmmar Qəddafi avqustun 24-ə keçən gecə Tripoli radiostansiyasının efirindən Liviya xalqına müraciət edib.  Polkovnik Liviya paytaxtındakı dövlət iqamətgahından geri çəkilməsinin taktiki gediş olduğunu bildirib.  Qəddafi vəd edib ki, qalib gələnədək və ya şəhid olanadək qiyamçılara və NATO qoşunlarına qarşı mübarizəni sürdürəcək. Onun çıxışı “Əl-Orouba TV” telekanalının efiri vasitəsilə də yayımlanıb.  Bu arada “Əl-Ərəbiyə” telekanalı avqustun 23-də Tripoli uğrunda döyüşlərin gedişində 400-dən çox insanın öldüyü, ən azı 2000-inin yaralandığı barədə xəbər yayıb. Bu barədə telekanala üsyançı qüvvələrin nümayəndələri məlumat verib. Tripolidə talanlar da başlayıb. Üsyançılar bildirib ki, Qəddafi əleyhdarlarının nəzarəti altında olan Misurata şəhəri raket atəşinə məruz qalıb. Raketlər Liviya liderinə sadiq qoşunların nəzarətdə saxladığı Sirt şəhərindən buraxılıb.  Daha öncə üsyançıların Tripolinin Bab əl-Əziziyə rayonundakı Qəddafinin iqamətgahını ələ keçirdikləri barədə xəbərlər yayılıb. Həmlə NATO aviasiyasının dəstəyilə həyata keçirilib. Hava hücumu nəticəsində kompleksə onlarla aviazərbə endirilib. Polkovnik Qəddafinin özü ələ keçirilən iqamətgahında olmayıb. Onun oğlu Seyf əl-İslam isə jurnalistlərə deyib ki, atası Tripolini tərk etməyib.  Digər tərəfdən, Liviya liderinin qoşunları Tripolinin qərbindəki Acelat şəhərinə hücuma başlayıblar. “Əl-Ərəbiyə” telekanalının məlumatına görə, hücumun zamanı tanklar və raket qurğularından istifadə olunur. Digər təfərrüatlar açıqlanmır.

//lent.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“TikTok”a video yükləyərkən xəbərdarlığa məhəl qoymayanları nə gözləyir? - VİDEO
01:04 04.04.2026
“TikTok”a video yükləyərkən xəbərdarlığa məhəl qoymayanları nə gözləyir? - VİDEO
Əraqçi və Fidan İrana hücumları müzakirə ediblər
00:42 04.04.2026
Əraqçi və Fidan İrana hücumları müzakirə ediblər
Taksi ilə bağlı son qərarlar gediş haqlarına təsir göstərəcək? - VİDEO
00:20 04.04.2026
Taksi ilə bağlı son qərarlar gediş haqlarına təsir göstərəcək? - VİDEO
NDU-da yeni təyinat
23:55 03.04.2026
NDU-da yeni təyinat
Xaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEO
23:48 03.04.2026
Xaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEO
"Qarabağ" – "Sabah" matçında Premyer Liqanın tamaşaçı rekordu yenilənib
23:42 03.04.2026
"Qarabağ" – "Sabah" matçında Premyer Liqanın tamaşaçı rekordu yenilənib
Azərbaycanla Şimali Kipr arasında təhsil sahəsində əməkdaşlıq müzakirə edilib
23:39 03.04.2026
Azərbaycanla Şimali Kipr arasında təhsil sahəsində əməkdaşlıq müzakirə edilib
Müəllimlərin əməkhaqları yenidən arta bilər - YENİ TƏKLİF - VİDEO
23:29 03.04.2026
Müəllimlərin əməkhaqları yenidən arta bilər - YENİ TƏKLİF - VİDEO
Gürcüstanda dəhşətli qətl: Təzə evlənən azərbaycanlı gənci qisas üçün öldürdülər - YENİ DETALLAR
23:24 03.04.2026
Gürcüstanda dəhşətli qətl: Təzə evlənən azərbaycanlı gənci qisas üçün öldürdülər - YENİ DETALLAR
Pezeşkian: Azərbaycan hökumətinin göstərdiyi dəstəyi yüksək qiymətləndirirəm
23:20 03.04.2026
Pezeşkian: Azərbaycan hökumətinin göstərdiyi dəstəyi yüksək qiymətləndirirəm
Kaşuk “Sabah”a keçir? - Qurban Qurbanovdan açıqlama
23:07 03.04.2026
Kaşuk “Sabah”a keçir? - Qurban Qurbanovdan açıqlama
Bu avtobuslar ləngiyə bilər
22:59 03.04.2026
Bu avtobuslar ləngiyə bilər
Trampın müharibə ilə bağlı mövqeləri üst-üstə düşmür - Ekspert
22:41 03.04.2026
Trampın müharibə ilə bağlı mövqeləri üst-üstə düşmür - Ekspert
Torpaq alıb fərdi yaşayış evi tikmək sərfəlidir, yoxsa almaq? - VİDEO
22:36 03.04.2026
Torpaq alıb fərdi yaşayış evi tikmək sərfəlidir, yoxsa almaq? - VİDEO
Pezeşkian İlham Əliyevə təşəkkür etdi
22:26 03.04.2026
Pezeşkian İlham Əliyevə təşəkkür etdi
Prospektdən bu küçəyə gedən yol bağlıdır - Sürücülərin nəzərinə!
22:23 03.04.2026
Prospektdən bu küçəyə gedən yol bağlıdır - Sürücülərin nəzərinə!