Qəddafinin ata və anasının sümükləri qəbirdən çıxarılıb yandırıldı

Qəddafinin ata və anasının sümükləri qəbirdən çıxarılıb yandırıldı
Bütün Xəbərlər
22:02 08.11.2011
1500
Liviyanın sabiq lideri Müəmmar Qəddafinin Sirt şəhərindəki qohumlarının 4 qəbri təhqir olunub və məhv ediblib. Lent.az-ın Əlcəzairin “Əl-Nahar” qəzetinə istinadən verdiyi məlumata görə, özlərini “əl-Qaida”nin bir qanadı sayan “Cihad cərəyanı” adlı qruplaşmanın döyüşçüləri Qəddafi nəslinin qəbirlərini murdarlayıb. Onların arasında sabiq liderin anasının, əmisinin və 2 qohumunun qəbri var. Qəbirüstü plitələr dağıdılıb, qəbirlərdən sümüklər çıxarılıb və yandırılıb. Müəmmar Qəddafinin atasının qəbri də təhqir olunub. Dərc olunan şəkillərdə divarda belə bir yazı görünür: “Bütlərin dağıdılması üzrə komitə”.
OXŞAR XƏBƏRLƏR