Qəddafinin itkin düşmüş arvad-uşağı tapıldı - FOTO

Qəddafinin itkin düşmüş arvad-uşağı tapıldı - FOTO
Bütün Xəbərlər
01:31 30.08.2011
1583

Liviya lideri Müammər Qəddafinin həyat yoldaşı və üç övladı ötən gün Əlcəzairə gediblər. Məlumatı “Frans Press” agentliyi bu ölkənin Xarici İşlər Nazirliyinə istinadən yayıb. “Müammər Qəddafinin həyat yoldaşı Safiyə, eləcə də qızı Aişə, oğulları Məhəmməd və Hannibal öz övladlırın müşayiəti ilə saat 8.45-də (Bakı vaxtı ilə 12.45) Liviya-Əlcəzair sərhədindən Əlcəzair ərazisinə keçiblər”, - Əlcəzair XİN-in bəyanatında deyilir. Bəyanatda Liviya liderinin özünün yeri barədə heç bir məlumat verilmir.

OXŞAR XƏBƏRLƏR