Qəddafinin oğlu: "Mən günahsızam"

Qəddafinin oğlu: "Mən günahsızam"
Bütün Xəbərlər
20:11 30.10.2011
1406
Liviyanın sabiq prezidenti Müammər Qəddafinin oğlu Seyfülislam Qəddafi günahsız olduğunu söyləyib. 
AZXEBER.com Qərb mətbuatına istinadən xəbər verir ki, Beynəlxalq Cəza Məhkəməsi Müammər Qəddafinin oğlu Seyfülislam ilə  qeyr-rəsmi təmas qurduqlarını təsdiqləyib. Məhkəmə prokuroru Luis Moreno-Ocampo Seyfülislam Qəddafi təslim olarsa məhkəmə tərəfindən mühakimə olunacağını və özünü müdafiə edə biləcəyini deyib. Onun sözlərinə görə, Qəddafinin günahkar olub olmadığına məhkəmə qərar verəcək.
Qeyd edək ki, bir neçə gün öncə Seyfülislamın Nigeriya sərhəddində görüldüyü və bu bölgənin tuareg tayfasının ona yardım etdiyi xəbərləri yayılmışdı.
OXŞAR XƏBƏRLƏR