Sevilən müğənni Qədir Qızılsəs gənc müğənnilərlə bağlı diqqətçəkən qərar verib.
AZXEBER.COM xəbər verir ki, bu haqda o, "İncə səhər" verilişində danışıb.
İfaçı mahnılarını ifa edən gənc sənətçilərə bəstələrdə müğənninin səsini silib, musiqinin üzərinə yenidən oxumağı qadağan edib.
"Mənim bütün mahnılarımı oxuya bilərlər, heç icazə də almasınlar. Amma mənim səsimi mahnıdan çıxardıb, musiqinin üzərinə yenidən oxumaqlarını onlara qadağan edirəm. Bunu etmək olmaz. Qəti şəkildə icazə vermirəm. Çünki bu mənim arxivimdir. Bunu edənlər olub, amma təssüf ki, mənim əlimdən heç nə gəlməyib".
Sənətçi bildirib ki, bu cür ifalar əsərin keyfiyyətinə xələl gətirir və mahnının orijinal ruhunu itirir.
Aysel











































