İki aya yaxındır İstanbulun “Acıbadem” Xəstəxanasında müalicə alan, 27 gündür koma vəziyyətində olan xalq artisti Qədir Rüstəmovun vəfat etməsi ilə bağlı yayılan məlumatlar öz əksini tapmayıb. SİA-nın məlumatına görə, bu xəbərlə bağlı sənətkara yaxın olan xalq artistləri ilə əlaqə saxlaya bilmədik.Xalq artistinin oğlunun mətbuata verdiyi açıqlamasında isə Q. Rüstəmovun vəziyyətinin hələ də ağır olduğu bildirilib. Onun sözlərinə görə, böyrəyi zəif şəkildə olsa da, işləyir, amma dializ aparatına qoşulub: “Süni aparatla nəfəs alır. İndi boğazından dəlik açıblar. Həkim deyir, beyninə oksigen yaxşı çatmır. Hazırda beyninə düşən virusu məhv edən antibiotiklərin vurulub qurtarmasını gözləyirik. Təxminən bir həftədən sonra başa çatacaq”.