“Qəfildən çənəmdən vurdu, başım asfalta dəydi” - General oğlunun döydüyü sürücü/ VİDEO

“Qəfildən çənəmdən vurdu, başım asfalta dəydi” - General oğlunun döydüyü sürücü/ VİDEO
SOSİAL
15:20 12.07.2017
1638
 
Prezidentin sərəncamı ilə vəzifədən azad edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin keçmiş müavini Novruzəli Orucovun oğlu Rüstəm Orucovun döydüyü sürücü hadisə barədə danışıb.

"Xaliq Faiqoğlu” şirkətinə məxsus 85 saylı marşrut avtobusunun sürücüsü, 1981-ci il təvəllüdlü Sənan Səmədov "Qafqazinfo”ya müsahibəsində deyib ki, hadisə dairədə "BMW”nin qəfildən onun qarşısına çıxması ilə başlayıb:

"İyulun 3-də saat 21:30 radələrində "Memar Əcəmi” metrostansiyasının yaxınlığındakı dairədə hərəkətdə olarkən 10 OG 300 nömrəli "BMW” markalı avtomobil avtobusun qarşısına çıxdı. Həmin vaxt mən dairədə idim, o isə daxil olurdu. Mən ona siqnal verdim və qayda pozuntusu etdiyi üçün iradımı bildirdim. Sürücü düşüb gəldi və hansı səbəblə yolda mənim üstün olduğumu soruşdu. Mən də nişanı göstərdim, dedim buna görə sən məni gözləməlisən. O, söyüş söydü, məni təhqir etdi. Mən də dedim ki, maşında ana-bacı var, söymə. Sonra yoluma davam etdim, o da arxamca gəlirdi”.

S.Səmədov bildirib ki, general oğlunun onu döyməsi "söyüş”ə görə olub:

"Marşrutun son dayanacağında saxladım, sərnişinlər də düşüb getdi. Yanıma gəlib əsəbi şəkildə dedi ki, niyə mənə siqnal vermisən? Sonra dedi ki, məni söymüsən. İzah etdim ki, onu söyməmişəm. Mən ona "maşında ana-bacı var” demişəm, o elə bilib ana-bacı söyüşü söymüşəm. Aramızda xırda mübahisə oldu, yanındakı tanışı ilə söhbət edəndə həmin oğlan arxama keçdi, qəfildən çənə nahiyyəmdən bir yumruq vurdu. Yerə yıxıldım, başım asfalta dəydi, yarıldı, huşumu itirdim. Bir də gözümü "Semaşko” xəstəxanasında açdım, onda artıq başıma tikiş qoyurdular”. 

S.Səmədov səhhəti ilə əlaqədar hələ ki, işə çıxmadığını deyib.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan XİN Ukraynanı təbrik edib
14:46 24.08.2025
Azərbaycan XİN Ukraynanı təbrik edib
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
14:32 24.08.2025
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
14:18 24.08.2025
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
13:54 24.08.2025
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
13:48 24.08.2025
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
13:34 24.08.2025
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
13:15 24.08.2025
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
13:03 24.08.2025
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
12:46 24.08.2025
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
12:35 24.08.2025
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
12:20 24.08.2025
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
“Sədərək” ticarət mərkəzində yanğın başladı
12:18 24.08.2025
“Sədərək” ticarət mərkəzində yanğın başladı
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
11:57 24.08.2025
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
11:55 24.08.2025
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
11:39 24.08.2025
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir
11:30 24.08.2025
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir'