"Qəhrəman olmaq istəyənlər, özünüzü Qarabağa hazırlayın" - Atatürk

GƏNCLİK
15:32 30.01.2014
1739
Atatürk Kamallı: “Qəhrəman olmaq istəyənlər, özünüzü buna hazırlayın!”
“Nə zamandan özünü yandırmaq problemlərdən çıxış yolu olub?! Mən öz canına qəsd edən insanları bu yoldan çəkinməyə və həyata real baxışlarla yanaşmağa çağırıram”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında “Yeni Nəsil Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Atatürk Kamallı son dövrlər bəzi insanların özünü yandırmasına münasibət bildirərkən belə deyib.
Onun sözlərinə görə, özünəqəsd həm dini, həm də mənəvi baxımdan düzgün yanaşma deyil: “Bu şəkildə intihara əl atan insanlar həm ailələrini, həm də cəmiyyəti məyus edirlər. Həm də ortaya çox pis nümunə qoyurlar. Düşünməsinlər ki, intihara əl atdıqlarına və özlərini yandırdıqlarına görə, qəhrəman elan olunacaqlar. Bu nəinki qəhrəmanlıq, hətta acizlik nümunəsi sayıla bilər. Əgər kimsə özünü qəhrəman kimi görmək istəyirsə. Gedib müharibədə döyüşsün. Yox əgər kimsə haqlarının pozulduğunu düşünürsə, nə zamandan özünü yandırmaq çıxış yolu sayılıb?!”.
Özünü yandırmaqla intihara əl atanları məsuliyyətli olmağa çağıran İB sədri onlara müraciət etməyi də unutmayıb: “Bu yolla həm öz acizliyinizi etiraf edir, həm də ailələrinizi, qohumlarınızı və bütövlükdə dövlətimizi gözdən salırsınız. İmkan verməyək ki, bizim bu günümüzə düşmənlər sevinsin. Hələ qələbə qarşıdadır! Qəhrəman olmaq istəyənlər, özünüzü Qarabağa hazırlayın!”.

OXŞAR XƏBƏRLƏR