Qəhrəmanlar unudulmur! - Əsəd Əhmədov

Qəhrəmanlar unudulmur! - Əsəd Əhmədov
Bütün Xəbərlər
12:24 14.07.2012
1428

QAT-dan AZXEBER.COM-a verilən məlumata görə, 15 iyul Milli Qəhrəman Əsəd Əhmədovun doğum günüdür. 

Əsəd Cəlal oğlu Əhmədov 1970-ci il iyulun 15-də Qərbi Azərbaycanın Pəmbək mahalının Saral kəndində anadan olub. O, 1992-ci ilin martında Milli Orduda hərbi xidmətə başlayıb, Şuşa rayonu Zarıslı, Salatınkənd, Turşsu, Ağdam rayonu Şelli, Abdal-Gülablı, Güllücə, Papravənd, Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşub, Laçın ətrafında 28 nəfər soydaşımızın əsirlikdən azad olunmasında xüsusi qəhrəmanlıq göstərib, 1992-ci il iyulun 31-də Papravənd uğrunda gedən döyüşlərdə həlak olub.

Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib, şəhərin küçələrindən biri onun adını daşıyır.

OXŞAR XƏBƏRLƏR