Qəhrəmanlar unudulmur! - Şövqiyar Abdullayev, Etibar Hacıyev

Qəhrəmanlar unudulmur! - Şövqiyar Abdullayev, Etibar Hacıyev
Bütün Xəbərlər
16:43 04.04.2012
2098

QAT-ın Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, 5 aprel Azərbaycanın Milli Qəhrəmanları Şövqiyar Abdullayev və Etibar Hacıyevin doğum günüdür.

Şövqiyar Cəmil oğlu Abdullayev 1969-cu il aprelin 5-də Göyçə mahalı Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur. O, 1992-ci ilin əvvəllərində könüllü olaraq Milli Orduya yazılıb. Tank komandiri kimi Ağdamın Papravənd, Pircamal, Aranzəmin, Abdal-Gülablı kəndləri, Ağdərə rayonu istiqamətində rəşadətlə vuruşmuşdur. 1992-ci il avqustun 27-də Dronbon kəndi yaxınlığında əsgər yoldaşlarını mühasirədən çıxarmaq üçün qeyri-bərabər döyüşə girmiş və qəhrəmanlıqla həlak olmuşdur. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir. Bakının küçələrində biri onun adını daşıyır.

Etibar Firidun oğlu Hacıyev 1971-ci il aprelin 5-də Qərbi Azərbaycanın Zod kəndində anadan olmuşdur. O, 1991-ci ilin oktyabr ayından başlayaraq könüllü özünümüdafiə taburunun tərkibində Böyük Canbar, Kiçik Canbar, Buzlaq, Erkəc kəndləri, Çəpərqaya yüksəkliyi uğrunda gedən döyüşlərdə fədakarlıq göstərib. 1992-ci ilin iyunun 15-də Goranboy rayonunun Ağcakənd qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Göygöl rayonunda Şəhidlər Xiyabanında dəfn edilmişdir. Göygöl rayonu Yeni Zod kəndinin küçələrindən biri onun adını daşıyır.

OXŞAR XƏBƏRLƏR