Qənirə Paşayeva 100-dən çox sakini fərdi qəbul etdi - FOTOLAR

Qənirə Paşayeva 100-dən çox sakini fərdi qəbul etdi - FOTOLAR
Seçki2024
23:22 23.01.2020
4699
Qənirə Paşayeva Tovuz rayonunda gün ərzində fərdi şəkildə görüşmək istəyən 100-dən artıq sakini qəbul edərək problemləri, qayğı və təkliflərini dinləyib, sakinlərin qaldırdığı məsələlərin hamısına diqqətlə yanaşaraq bu barədə  müvafiq qurumlara müraciətlər edəcəyini deyib.

Fərdi görüşlərdə iştirak edən seçicilər Qənirə Paşayevanın millət vəkili kimi 14 illik fəaliyyətini yüksək qiymətləndirdiklərini bildiriblər. Bizimlə mütəmadi olaraq görüşüb, rayonumuzun və bizim problemlərimizin həlli istiqamətində daim əlinizdən gələni etdiyinizin şahidiyik deyən seçicilər Qənirə Paşayevaya  bu seçkilərdə də sizə dəstəyimiz və etimadımız davam edəcək deyiblər. Görüşlərdə iştirak edən sakinlərə dəstək və etimadları üçün təşəkkürünü bildirən Qənirə Paşayeva  bundan sonra da onların etimadına layiq olmağa çalışacağını deyib.

Qənirə Paşayeva həmçinin bir sıra şəhid ailələri, müharibə əlilləri ilə də görüşüb, onların qayğıları ilə maraqlanıb və hər zaman yanızdayıq deyib. Seçkilərdə təkrar ona dəstək və etimad göstərəcəyini deyən şəhid ailələri, Qarabağ müharibəsi əlillərinə, veteranlarına dərin təşəkkürünü bildirən Qənirə Paşayeva sizin bu dəstəyinizin mənim üçün mənəvi anlamda da çox böyükdür deyib.

Qənirə Paşayeva həmçinin Qovlar şəhərini gəzərək sakinlərlə görüşüb, bu seçkilərdə də səsimiz və etimadımızla sizin yanınızdayıq deyən Qovlar sakinlərinə təşəkkürünü bildirib.
 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR